Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Araz-Naxçıvan" - "Zirə" oyunundan sonra baş məşqçi Elmar Baxşıyevin mətbuat konfransında səsləndirdiyi fikirlər: 'Maraqlı oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Çətin oyun gözlədiyini bilirdik. Yolumuza davam edirik. Bu oyunu unudub, çempionat matçına hazırlaşacağıq. 4 gündən sonra "Kəpəz"lə oyunumuz var.

Kubok oyunları fərqli olur. Hələ üstünlük qazanmamışıq. Növbəti mərhələyə yüksəlmək üçün ikinci oyunda maksimumu etməliyik".